Modern.az

"Elmlər Akademiyası" bağlanıb? - AÇIQLAMA

Aktual

23 Sentyabr 2022, 18:01

“Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

 

Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Qurum rəsmisi bildirib ki, stansiyanın tamamilə bağlanması barədə deyilənlər şayiədir:

 

“Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir, sadəcə tənzimləmə aparılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu