Modern.az

Rəhim Qazıyev polisə çağırıldı

Rəhim Qazıyev polisə çağırıldı

8 Aprel 2013, 20:21

Keçmiş müdafiə naziri Rəhim Qazıyev Səbail Rayon Polis İdarəsinə çağırılıb. O, aprelin 9-u saat 10:30-da İdarədə olmalıdır. Çağırış vərəqəsini İdarənin baş müstəntiqi mayor Ziya Əliyev imzalayıb.

“Azadlıq” qəzetinin verdiyi xəbərə görə, Qazıyevin İdarəyə çağırılmasına səbəb bir il əvvəl Təhmasib Novruzovla debat zamanı yaranmış insidentdir. Novruzov keçmiş müdafiə nazirinin həmin debatda onun şərəf və ləyaqətini alçaltdığına dair polisə şikayət edib.
Qazıyev əməkdaşımızla söhbət zamanı bildirib ki, Novruzovun bir il əvvəl baş vermiş olaya görə indi şikayət etməsi başqa mətləbdən xəbər verir. “Bir il əvvəl baş vermiş hadisə indi “yada düşübsə”, deməli gerçək səbəb bu deyil. Polis İdarəsinə çağırılmağımın əsl səbəbi ölkə başçısı İlham Əliyevə yazdığım açıq məktubdur. Sadəcə, gerçək səbəbi bu yolla pərdələyirlər”, - deyə Qazıyev bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu