Modern.az

Macarıstan azad edilən ərazilərin bərpasında iştirak etmək istəyir 

Macarıstan azad edilən ərazilərin bərpasında iştirak etmək istəyir 

Aktual

24 Sentyabr 2022, 00:02

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, Gorüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov bu ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib. Nazir iki ölkə arasında yüksək səviyyəli mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı məlumat verib.

 

Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını xüsusilə vurğulayıblar. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd edilib.

 

Peter Siyatro Azərbaycan ilə Macarıstan arasında movcud əlaqələrin bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə edib. O, Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb. Nazir Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro energetika sahəsində əməkdaşlıq planlarını diqqətə çatdırıb.

 

Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq