Modern.az

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb

24 Sentyabr 2022, 10:04

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.


Modern.az-ın əməkdaşının verdiyi xəbərə görə, qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

 

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək

.

Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

 

Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

 

Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.

 

Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.

 

Qurultayın qrafikinə görə, daha sonra Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək.


Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək. Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu