Modern.az

İranda iqtidar tərəfdarları da aksiya keçirdi

İranda iqtidar tərəfdarları da aksiya keçirdi

Dünya

25 Sentyabr 2022, 22:41

Bu gün İranın paytaxtı Tehran, Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər.

 

Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanların, ictimai-siyasi sabitliyi pozanların, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər.

 

Bildirilib ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onun siyasi xəttini dəstəkləyir.

 

Qeyd edək ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?