Modern.az

Kölndə Qarabağ şəhidləri anılıb - VİDEO

Kölndə Qarabağ şəhidləri anılıb - VİDEO

Aktual

26 Sentyabr 2022, 11:34

Sentyabrın 25-də Almaniyanın Köln şəhərində Qarabağ şəhidləri anılıb.

 

Bu barədə Modern.az-a Almaniyada yaşayan azərbaycanlı ilahiyyatçı, Köln Əhli-beyt məscidinin axundu Mirbaqir Ağayev məlumat verib.

 

M.Ağayev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə sayəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin anım günü ərəfəsində “İRKAZ” cəmiyyətinin sədri Hacı Elxan Kərimli, cəmiyyətin üzvləri Taleh Günəşov, Mübariz Paşayev və Emil Mahmudovun təşkilatçılığı ilə Köln Əhli-beyt məscidində Quran oxunub, ehsan verilib. Məclisdə 100-ə yaxın soydaşlarımız iştirak edib.

 

Məclisdə məscid axundu Mirbaqir Ağayev və Hacı Namiq İsmayılov şəhidlərimizin şücaətindən və ermənilərin ölkəmizə qarşı məkirli siyasətindən danışıblar. Daha sonra şəhidlərimizin əziz xatirəsinə Qurani Kərim tilavət olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu