Ermənistanda keçmiş prezidentliyə namizəd Raffi Ovanisyan İrəvanda tərəfdarları qarşısında çıxış edib. Modern.az-ın erməni mətnbuatına istinadən verdiyi məlumata görə, İrs Partiyası tərəfindən Serj Sərkisyanın inaqurasiyasına etiraz edərək Azadlıq meydanında aksiya keçirilib.
Raffi Ovanisyan Sərkisyanın prezidentliyi tanımayacağını bildirərək tərəfdarları qarşısında and içib.
O, Ermənistan hakimiyyətinin devrilməsində əlindən gələni edəcəyini, xalqın səadətə qovuşması üçün ömrünün sonuna kimi mübarizə aparacağına and içib.
Ovanisyan etiraz aksiyaların davam edəcəyini qeyd edib.
Anar