Modern.az

Serj Sərkisyandan ilginc AÇIQLAMA: “Azərbaycanla müharibə etmək istəmirik”

Serj Sərkisyandan ilginc AÇIQLAMA: “Azərbaycanla müharibə etmək istəmirik”

Təhsil

9 Aprel 2013, 17:22

Ermənistan prezidenti Serj Sərkisyan bu gün keçirilən inaqurasiya mərasimindəki çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan bundan sonrakı prezidentlik fəaliyyətində Ermənistanın xarici siyasətinin dəyişilmədən davam edəcəyini deyib.

Erməni prezident Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayaraq müharibə etmək istəmədiyini bəyan edib.

“Təhlükəsizliyimizi qorumaqda israrlıyıq. Bölgədə təhlükəsizliyinin qorunmasına dəstək verən hər kəsə təşəkkür edirik.Amma biz də öz növbəmizdə gücümüzə inanmalıyıq. Biz xalqımız üçün heç vaxt kiməsə müharibə ilə təhdid etməmişik. Faktiki olaraq belə bir təhlükə ilə üz-üzəyik.

Mən dost itkisinin, həm də qələbənin nə olduğunu bilirəm. Mən bir daha xalqım qarşısında elan edirəm ki, biz müharibə etmək istəmirik. Fəqət kimsə bizə meydan oxuyarsa buna da sinə gəlməyə hazırıq”-deyə Sərkisyan vurğulayıb.


Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu