Modern.az

Prezidentlə xanımı şəhidlərimizi belə yad edib - VİDEO

Prezidentlə xanımı şəhidlərimizi belə yad edib - VİDEO

27 Sentyabr 2022, 16:08

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

 

Modern.az-ın məlumatına görə, dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

 

Azərbaycan Prezidenti burada çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri