Ermənistanda Raffi Ovanisyan tərəfdarlarının paytaxt İrəvanda keçirdiyi etiraz aksiyasında qarşıdurma yaşanıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, prezident Serj Sərkisyan hakimiyyətinə etiraz edən kütlə ilə aksiyanın qarşısını almaq üçün əraziyə cəlb olunan polis qüvvələri arasında qarşıdurma yaranıb.
Polis müxalifəti nümayəndələri güc tətbiq edib. Xeyli sayda tutulan var.
Seçkilərdə müxalifətin əsas namzədi olaraq iştirak edən Raffi Ovanisyan mübarizələrini dayandırmayacaqlarını elan edib.
Aksiyadan fotoları təqdim edirik.
Modern.az