Modern.az

YAP-dan AÇIQLAMA: “Hələ vaxtı deyil, elan edəcəyik”

YAP-dan AÇIQLAMA: “Hələ vaxtı deyil, elan edəcəyik”

Təhsil

10 Aprel 2013, 10:56


Xəbər verdiyimiz kimi hakim Yeni Azərbaycan Partiyası (YAP) bir müddətdir ki, qurultay hazırlıqlarına başlayıb. Partiya funksionerləri mötəbər tədbirlə bağlı mətbuata dəfələrlə açıqlamalar versələr də, mərasimin harada keçiriləcəyi məlum deyil. Qeyri-rəsmi məlumatlarda qeyd olunur YAP seçkiöncəsi qurultayını Heydər ƏLiyev adına Sarayda, ya da “Bakı Kristal Zal”da keçirməyi planlaşdırır.

Məsələ ilə bağlı hakim partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdan münasibət öyrənməyə çalışdıq. YAP rəsmisi qurultay hazırlıqların davam etdiyini bildirərək mərasimin harada keçiriləcəyi haqda rəsmi məlumat veriləcəyini deyib:

“Qurultayla bağlı rəsmi məlumatlar vaxtı çatanda qanun çərçivəsində elan olunacaq. Hələlik bu haqda danışmaq doğru olmazdı. Hər halda elan edəcəyik”-deyə YAP rəsmisi bildirib.

Xatırladaq ki, sözügedən partiyanın funksioneri, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında YAP-ın qurultayının bu ilin avqust ayında keçiriləcəyini bildirmişdi.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu