Media forum” saytı xəbər verir ki, məhbus siyasətçi Nemət Pənahlının anası Sara Pənahlı aprelin 10-da vəfat edib. Sara Pənahlı ağır xəstəlikdən əziyyət çəkirdi.
Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsdə olarkən Nemət Pənahlı atasını da itirib. Əhəd Pənahlı 2012-ci il yanvarın 13-də vəfat edib.Allah rəhmət eləsin!
Modern.az