Modern.az

Payız sessiyasının qanunvericilik işləri planı açıqlandı

Payız sessiyasının qanunvericilik işləri planı açıqlandı

29 Sentyabr 2022, 13:08

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
 

Modern.az xəbər verir ki, plana 10 məsələ daxil edilib:
 

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
 

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
 

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
 

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
 

6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;
 

7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;
 

8. “Ali təhsil haqqında” qanun layihəsi;
 

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
 

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
 

Qeyd edək ki, Milli Məclisin qanunvericilik işləri planı sentyabrın 30-da keçiriləcək plenar iclasda müzakirə ediləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir