Modern.az

Çempionlar Liqasının ½ finalında 4 klub iki ölkəni təmsil edəcək

Çempionlar Liqasının ½ finalında 4 klub iki ölkəni təmsil edəcək

11 Aprel 2013, 09:36


UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Modern.az-ın məlumatına görə, ötən gecə yarımfinala çıxmaq uğrunda daha iki komanda cavab oyununda qarşılaşıb. "Barselona" öz meydanında PSJ-ni qəbul edib. İlk oyn 2:2 hesabla nəticələnmişdi.
Bu matçdan "Barselona" 1:1 hesabı ilə ayrılaraq yarımfinala çıxıb.

Digər oyunda isə "Bavariya" İtaliyada "Yuventus"un qonağı olub. İlk qarşılaşmada rəqibinə 2:0 hesabı ilə qalib gələn "Bavariya" bu dəfə də rəqibinə iki cavabsız qol vuraraq yarımfinala adlayıb.

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 1:1
İlk oyun 2:2


“Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) - 0:2 
İlk oyun 0:2

Beləliklə, yarlmfinalda İspaniyanın “Real” və “Barselona”, Almaniyanın “Borussiya və “Bavariya” klubları oynayacaqlar.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu