Modern.az

Bakının mərkəzində yol bağlandı

Bakının mərkəzində yol bağlandı

11 Aprel 2013, 12:39

Bakının mərkəzində daha bir yol bağlanıb. Nəqliyyatnı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Məhəmməd Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsi təmir işlərinin aparılması ilə əlaqədar hər iki istiqamətdə bağlanıb.

Bildirilib ki, bu səbəbdən Səməd Vurğun küçəsi ilə şəhər istiqamətində hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edirik. Eyni zamanda, bu küçənin bağlı olması səbəbindən Məhəmməd Füzuli küçəsinin Bülbül pr. ilə kəsişməsindən Səməd Vurğun küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu