Modern.az

Səfər Əbiyev: “Uçuşlar o zaman baş tuta bilər ki,..”

Səfər Əbiyev: “Uçuşlar o zaman baş tuta bilər ki,..”

11 Aprel 2013, 12:53

Aprelin 11də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumayta görə, söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaranmış gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmnə mövqeyi tutması təcavüzkarların daha da şirnikləşməsinə fürsət verir.

Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün Kobietskinin verdiyi suala Əbuiye belə cavab verib:

“Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunun üçün birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu