Modern.az

Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib

Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib

Aktual

2 Oktyabr 2022, 11:19

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 60 110 hərbçisini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, son sutka ərzində 500 rus hərbçisi zərərsizləşdirilib.

 

Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2377 tank, 4975 zirehli maşın, 1405 artilleriya sistemi, 337 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 227 helikopter, 1015 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 796 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

 

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır