Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən eks-prezident Əbülfəz Elçibəyin ailəsinə verilən ismarışa cavab gəlib. Əbülfəz Elçibəyin qaynı Mirmöhsün Mahmudov Modern.az-a açıqlamasında bu vaxtadək verilən vədlərin hamısının ortada qaldığını qeyd edib. “Mən buna inanmıram. Həm də ailə üzvləri Türkiyədir, 10-15 gündən sonra qayıdacaqlar. Evdə təkcə əlyazmalar, kitablar deyil, eyni zamanda müxtəlif disketlər də var. Şəxsən mən sənədlərin Arxivə verilməsinə ehtiyac duymuram. Onsuz da sənədlərin hamısını bir yerə yığmışıq, yaxşı yerdə saxlanılır, yəni yararsız hala düşmək qorxusu yoxdur”.
Bununla belə, Mirmöhsün Mahmudov Siyasi Sənədlər Arxivinin rəhbəri Mais Bağırovun təklifini müzakirə etməyə hazır olduqlarını bildirib. “Ailə Türkiyədən qayıtdıqdan sonra bir qərar qəbul edəcəyik. Sağlıq olsun hər şey öz yerini tapacaq, darıxmağa ehtiyac yoxdur”.
Aytən Əliyeva