Modern.az

Nazirdən ABŞ-a mesaj: “Belə hallar yaxşı qarşılanmır”

Nazirdən ABŞ-a mesaj: “Belə hallar yaxşı qarşılanmır”

11 Aprel 2013, 13:46


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Men ştatının Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımasına münasibətini açıqlayıb. Modern.az xəbər verir ki, nazir qeyd edib ki, bu cür addımlar sülh danışıqlarında problem yaradır. Bunun qəbul edilməsində erməni lobbisinin rolundan söz açan dövlət rəsmisi bildirib ki, bu cür hallar heç də yaxşı qarşılanmır.

Xatırladaq ki, ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı prezidenti və Konqresi qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran birgə qətnamə qəbul edib. Aprelin 10-da qəbul edilmiş qətnamədə ABŞ hökuməti qondarma qurumun öz müqəddəratını təyin etmə hüququna dəstək verməyə çağırılıb.
Qətnamənin təşəbbüskarı konqresmen Skott Hamanndır. Ona bu təşəbbüsdə Nümayəndələr Palatasının üzvləri Endrü Qattin və Saqa Qideon dəstək verir.

Qeyd edək ki, analoji qətnamələr bundan əvvəl Massaçusets və Rod-Aylend ştatları tərəfindən qəbul olunub.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu