Modern.az

Türkiyənin Ukrayna üçün inşa etdiyi hərbi gəmi suya buraxıldı 

Türkiyənin Ukrayna üçün inşa etdiyi hərbi gəmi suya buraxıldı 

2 Oktyabr 2022, 23:21

Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi “Hetman İvan Mazepa” hərbi gəmisi İstanbulda suya buraxılıb.

 

Modern.az xəbər verir ki, mərasimdə Türkiyə rəsmiləri ilə yanaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edib.

 

“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya buraxmaq şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək”, - deyə Zelenskaya özünün "Telegram" kanalında yazıb.

 

Qeyd edək ki, Türkiyədən iki gəminin alınması üçün bir neçə il əvvəl 140.7 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi