Modern.az

Nazirliyin xəbərdarlığı: “Qara bazar”da satılan əmək kitabçaları etibarsızdır”

Nazirliyin xəbərdarlığı: “Qara bazar”da satılan əmək kitabçaları etibarsızdır”

11 Aprel 2013, 14:14

 
Əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. Odur ki, bu sənədin düzgün tərtib olunması olduqca vacib hüquqi əhəmiyyətə malikdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq edib. Qaydalara görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Məhərrəm Məhərrəmov deyib. O, Modern.az-a bildirib ki, müxtəlif ticarət obyektlərində satılan əmək kitabçaları qanunsuz istehsal məhsuludur.
“Qanuni şəkildə əmək kitabçaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və Dövlət  Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən müəssisələrə ödənişlə verilir”.

M. Məhərrəmovun sözlərinə görə, “qara bazar”da satılanlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan əmək kitabçalarının keyfiyyətində, kağızında müəyyən qədər fərqlər olur. Ona görə də onlar qeyri-qanuni hesab olunur. “Dövlət Məşğulluq Xidməti bu cür halların qarşısının alınması üçün tədbirlər görür. Amma həmişə, hər yerdə mübarizə aparmaq mümkün olmur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov isə müəssisələrdə bu cür saxta sənədlərə rast gəldikdə onu ləğv etdiklərini deyib.

“Bizim ona qarşı konkret tədbir görməyə səlahiyyətimiz yoxdur. Ancaq əmək müfəttişliyi müəssisələrdə yoxlama edir və elə əmək kitabçaları tapılanda ləğv edir və qanuni əmək kitabçası tələb edilir. Və müəssisə rəhbərləri cərimələnir. Biz anacaq o kitabçaları çap elətdirib müəssisələrə satırıq. Qalan yoxlama işlərinə biz baxmırıq. Birinci partiya Türkiyədə çap olunub, indi isə özümüzdə Maliyə Nazirliyinin sifarişi ilə çap olunur”.    

Şahanə Rəhimli  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu