Modern.az

Bu il Bakıda orta məktəbləri 22 min məzun bitirəcək

Bu il Bakıda orta məktəbləri 22 min məzun bitirəcək

11 Aprel 2013, 14:20


Bir tədris ili də artıq sona çatmaq üzrədir. XI sinfi bitirəcək şagirdlər bu ali məktəblərə daxil olmaq üçün artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verməyə başlayıblar. IX sinfi bitirənlər isə imtahan verərək təhsillərini orta məktəbdə ya da orta ixtisas təhsili müəssisələrində davam etdirmək qərarlarını verəcəklər. Bəs ümumiyyətlə bu il Bakı və respublika üzrə məktəblərdən nə qədər məzun olacaq?

Bakı Şəhəri Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı Modern.az-a açıqlamasında bildirib ki, 2012-2013-cü tədris ilində Bakı məktəblərindən məzun olacaq IX siniflərin sayı təxminən 30 minə yaxındır. O, qeyd edib ki, XI sinifləri bitirəcək məzunların sayı isə təxminən 22 minə yaxındır.

Ümumilikdə respublika üzrə 2012-2013-cü tədris ilində məzun olacaq IX, XI siniflərə gəlincə isə Təhsil Nazirliyinin mətbuat xidmətindən bu statistikanın mayın sonlarına yaxın bəlli olacağı bildirilib.  

Aytən Əliyeva
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu