Modern.az

İnformasiya təhlükəsizliyi ilə bağlı iki yeni sənəd təsdiqlənəcək

İnformasiya təhlükəsizliyi ilə bağlı iki yeni sənəd təsdiqlənəcək

3 Oktyabr 2022, 10:48

Azərbaycanda kibertəhlükəsizlik istiqamətində ciddi addımlar atılır.

 

Modern.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib:

 

"Fəxr edirəm ki, vətəndaşlarımız bu sahə üzrə çalışır, inkişaf edir. Bu sahədə böyük addımlarla irəliləyirik. Dövlət olaraq özəl sektorla çalışmağımız yüksək qiymətləndirilir. Dövlət özəl sektorsuz, özəl sektor isə dövlətsiz olmaz. Müxtəlif dövlət qurumları tərəfindən bu cür tədbirlər keçirilir. Bu il ölkədə informasiya təhlükəsizliyi kimi ixtisaslara yüksək balla qəbullar oldu, bu da böyük uğurdur".

 

Xidmət rəisi qeyd edib ki, təhlükəsizliklə bağlı iki vacib normativ hüquqi aktın qəbulu gözlənilir: "Birincisi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. İkincisi, Azərbaycan informasiya təhkükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi