Modern.az

“Ədalət” və “Yaşıllar” partiyasının bloku “Vətən” adlanacaq

“Ədalət” və “Yaşıllar” partiyasının bloku “Vətən” adlanacaq

11 Aprel 2013, 14:31

Mətbuatda Mayis Gülalıyevin həmsədr olduğu Yaşıllar Partiyasının mətbuat xidmətinə istinadən “Ədalət”in “Yaşıllar”la birgə Siyasi Blok yaratdığı barədə informasiyalar yayılıb. Doğrudanmı belə bir blok yaradılıb?

Ədalət Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Ayaz Əfəndiyev informasiyanı təsdiqləyib: “Yaşıllar Partiyası ilə siyasi blokun formalaşdırılması ətrafında danışıqlar çoxdan gedirdi. Bir müddət əvvəl Blokun Əsasnaməsi və Proqramı qəbul edilmişdi. Amma ona münasib ad seçməkdə çətinlik yaranmışdı. Artıq bu da dəqiqləşdirilib. Uzun müzakirələrdən sonra onun "Vətən" adlandırılması barədə aramızda razılıq əldə olunub. İnşallah, aprel ayının sonlarına "Vətən" Siyasi Blokunun təqdimat mərasimini keçirməyi planlaşdırırıq”.

Ayaz Əfəndiyev bu blokun sırf seçki prosesi ilə bağlı yaradıldığı və  2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı barədə iddialara ümumi sözlərlə münasibət bildirib: “Hədəfimiz  Vətənimizin ərazi bütövlüyü, korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizə, hakimiyyətin gerçəkdən bölünməsi və qanunun aliliyi prinsipi, haqq-ədalət, vətəndaşlarımızın sosial rifahı naminə səmərəli fəaliyyət göstərməkdir”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu