Modern.az

Neft Şirkətindən təkzib: “Türkiyədə agentlik açmırıq”

Neft Şirkətindən təkzib: “Türkiyədə agentlik açmırıq”

11 Aprel 2013, 14:55
“ATV İnternational” kanalının SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərməsindən sonra Dövlət Neft Şirkətinin Türkiyədə "SOCAR Turkey Medya" adı altında agentlik açacağı barədə məlumatlar mediada yer alıb.   Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə Modern.az-a açıqlamasında bu məlumatı təkzib edib.

“Bu yalan məlumatdır, elə bir şey yoxdur. Mən o informasiyaları təkzib edirəm”, – deyə şirkətin sözçüsü vurğulayıb.  

Qeyd edək ki, Türkiyədə açılacaq "SOCAR Turkey Medya” şirkətinin xəbər agentliyi olaraq fəaliyyət göstərəcəyi və gələcəkdə şirkətdə qəzet, jurnal və kitabların çap edilməsinin nəzərdə tutulduğu bildirilir.  

Xatırladaq ki, “ATV İnternational” kanalı SOCAR Media İctimai Birliyinin nəzdinə daxil olub. Azər Xəlilovun rəhbəri olduğu yeni telekanal CBC (Caspian Broadcasting Company) adlandırılacaq.  


Aytən Əliyeva

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu