Modern.az

İran islami Google yaradır

İran islami Google yaradır

11 Aprel 2013, 15:06

İran özünün 3D xəritə servisini yaratmağı planlaşdırıb. Bu isə Tehranın qərb kəşfiyyat agentliklərini Google Earth proqramından bir vasitə kimi istifadə etməkdə təqsirləndirməsindən sonra olub. Modern.az bu barədə Mehr xəbər agentliyinə istinadən xəbər verir.

İran İnformasiya və Kommunikasiya naziri ölkəsinin “İslami Google Earth” kimi təsvir etdiyi bir layihə üzərində işlədiyini və bu sistemin 4 aya istifadəyə veriləcəyini bildirib. “Biz əlimizdən gələni edirik ki,İslami Google Earth İranın milli portalı kimi 4 aya hazır olsun.”-deyə o bildirib.

Nazir dünyanın istifadə etdii Google Earth proqramını casusluqda ittiham edib: “Görünüşdə Google Earth istifadəçilərə məlumat verir ,əslində isə bu proqram qərb kəşfiyyat agentliklərinə başqa ölkələrdən məlumat almağa kömək edir. ”

Nazir Google xəritələrinin İran versiyasının nə ilə fərqlənəcəyini və nəyə görə bu xəritələrin “İslami” adlandırılması ilə bağlı məlumat verməyib.

Peykər İbrahimova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu