
Bu gün
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Füzuli rayon İcra Hakimiyyətindən
Modern.az-a bildirilib ki, icra başçısı Alı Alıyev tədbirdə çıxış edərək, bu il Heydər Əliyevin anadan olmasının 90 illiyinin tamam olduğunu xatırladıb. A.Alıyev 90 illik yubileyin keçirilməsi barədə ölkə başşçısı İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncam imzaladığını qeyd edib.
Ölkə başçısının sərəncamını əldə rəhbər tutan Füzuli rayon İcra Hakimiyyəti bununla əlaqədar Tədbirlər Planı hazırlayıb. Bu plana uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir.
Konfransda Alı Alıyev “Heydər Əliyev Müasir Azərbaycan dövlətinin yaradıcısıdır” adlı məruzə edib.
Sonra konfransda YAP-ın rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Almaz Həşimova, rayon prokuroru Rəfayıl Zeynalov və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi mənalı ömür yolundan və Azərbaycanın dövlətçilik tarixində oynadığı roldan danışıblar.
Şahanə Rəhimli