Lavrov Gürcüstan tarixini ələ saldı: “Çardan himayə istədiklərini unudublar”
“Mixail Saakaşvili Gürcüstan gənclərmin beyinlərinə və qəlblərinə dağıdcı güc tədbiq etdi”. Bu sözləri Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrov RTV1 telekanalına müsahibəsində söyləyib. Modern.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə nazir bildirib ki, Rusiya Gürcüstanla dostluq əlaqələri qurmağa maraqlıdır və orada baş verən problemlərin həlli yolunu tapmağa da çalışırdı. Lakin 2008- ci ilin avqust hadisələri hər şeyə son qoydu.
"Fikrimcə, avqust avanturaları baş verməsə idi biz bu istiqamətdə yetərincə irəliləyərdik" – deyən Lavrovun sözlərinə görə, iki dövlət arasındak əlaqələr daim Mixail Saakaşviliyə görə gərginləşirdi.
"Mənim fikrimcə, Saakaşvili Gürcüstan gənclərinin beyinlərinə və qəlblərinə dağııcı fikirlər salır. Hətta o sürətli bir ardıcıllıqla gürcü xalqının həyatından, yaddaşından rus dilini, rus mədəniyyətini və iki xalqı birləşdirən tarixi bağları qoparma siyasəti aparır".
Lavrov hətta daha uzağa gedərək tarixi Georgiyevski müqaviləsini nümunə gətirib.
XİN rəhbəri Abxaziyanın Qeorqevski müqaviləsinə qədər Rusiya imperiyasının tərkibinə daxil olduğu faktını göstərib və osetinlərin ilk səfirlərini Sankt-Peterburqa göndərdikləri deyib.
“Biz hamımız bilirik ki, sovet dönəmində Abxaziya Gürcüstanla eyni hüqüqlara malik, eyni statuslu olanda onlarla necə rəftar edilirdi. Sonra isə Stalin Abxaziyanı gürcülərə verdi. Lakin Georgiyevski traktatının özü gürcülərin rus taxtına üz tutaraq himayədarlıq dilədiklərinin sübutudur”-deyə Lavrov vurğulayıb.
Rus nazirinin sözlərinə görə, Saakaşvili bu tarixi sənədi təhrif edərək öz emosional çıxışlarından birində Abxaziyanın Rusiya tərəfindən işğal olunduğu ilk yer olduğunu deyib. “Məncə, yaxşı dövrləri xatırlamayan və bəlkə də görməyən saf gənclərin beyinlərini belə fikirlərlə doldurmaq ən azından öz xalqının qarşısında bir cinayətdir. Buna görədə Saakaşvili bizim üçün kəsilmiş bir parçadır". –deyə Serqey Lavrov söyləyib.
Günəş FƏRHADLI