Modern.az

Səlim Müslümov 65 vətəndaşın şikayətinə baxıb

Səlim Müslümov 65 vətəndaşın şikayətinə baxıb

11 Aprel 2013, 16:48
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov  aprelin 10-u Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından, aprelin 11-i isə DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qobustan rayonlarından olan pensiyaçılar üçün qəbul keçirib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, iki gün ərzində keçirilən qəbullarda ümümilikdə 65 vətəndaşın müraciətinə baxılıb. Belə ki, Xaşmaz şəhərində keçirilən görüşdə 40-dan artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ediblər. Bəzi sakinlər müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər.

Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara catdırılacağı bildirilib. Sumqayıt şəhərində keçirilən görüşdə isə 25 vətəndaşın müracəti araşdırılıb.

Görüşdə vətəndaşlar əsasən pensiyaçıların tibbi sığortasının olmaması, stajların təsdiqi zamanı hüquqi problemlərə aid məsələləri qaldırıblar. Bütün müraciətlərə operativ qaydada baxılaraq müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.



Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu