Modern.az

Baş Prokurorluq Azad Fikir Universiteti ilə bağlı AÇIQLAMA yaydı

Baş Prokurorluq Azad Fikir Universiteti ilə bağlı AÇIQLAMA  yaydı

11 Aprel 2013, 17:26

“Kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur”. Bu barədə Modern.az saytına Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “Nida” gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda həmin qurumun və “Ol” təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilib.

Açıqlamada daha sonra bildirilib:

“İstintaqla həmçinin müəyyən edilmişdir ki,  “Ol” təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməmiş, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməmiş və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər almışdır. Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşklatlarından aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsinin və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi 34 ünvanında sahəsi 227 kvadrat metr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək”.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu