Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında gündəlikdə duran məsələlərin müzakirəsi zamanı təkliflər səslənib. Modern.az xəbər verir ki, toplantıda MSK-nın 2 aprel 2013-cü il tarixli protokolu təsdiq edilib. Bundan əlavə, seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrasından söz açılıb.
Seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılmasının vacibliyindən danışan sədr müavini Natiq Məmmədov MSK-nın 3 avqust 2010-cu il 16.61 saylı qərarına dəyişiklik edilməsi haqqında təklif irəli sürüb. Təklif yekdilliklə qəbul olunub.
Həmçinin MSK-nın normativ xarakterli aktlarına dəyişiklik də edilib. Bəzi seçki komissiyalarının tərkibində dəyişikliklə bağlı təklif dəyərləndirilib və qəbul olunub.
Aqşin Kərimov