Modern.az

Qənirə Paşayeva yenidən Somaliyə gedəcək - FOTO

Qənirə Paşayeva yenidən Somaliyə gedəcək - FOTO

11 Aprel 2013, 17:55

 Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) çərçivəsində Azərbaycana gələn Somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl millət vəkili Qənirə Paşayeva ilə görüşü zamanı ilk dəfə olduqları Azərbaycanı çox sevdiklərini və həm ölkənin, həm də insanları çox sevdiklərini deyiblər. Azərbaycanlıların onlara qarşı çox mehriban münasibətini xüsusi vurğulayıblar. Türk düilini və Azərbaycan türkcəsini  öyrənmələrində Somalidə oxuduqları türk məktəblərinə və türk müəllimlərinə minnətdar olduqlarını deyən Somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl Azərbaycanda hər kəslə rahat ünsiyyət yarada bilmələrindən məmnuniyyət duyduqlarını bildiriblər. Bəzi insanların onların türkcə, Azərbaycan dilində  danışa bilməsindən təəccübləndiyini deyənsomalili məktəblilər Azərbaycan dilində  mahnılar oxumalarından və şeirlər söyləmələrindən böyük zövq aldıqlarını deyiblər. Görüşdə məktəblilərin təhsil aldğı türk məktəbinin (Somali Nile Organization) genel müdir yardımçısı, bir neçə il Azərbaycanda işləmiş, Türkiyə vətəndaşı Okan Özgen də iştirak edib.
Millət vəkili Qənirə Paşayevanı təkrar Somalidə görməkdən məmnun olacaqlarını deyən somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər. Millət vəkilinə sürpriz olaraq Azərbaycan dilində hazırladıqları mahnıları və şeirləri ifa edən somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl Azərbaycanı heç zaman unutmayacaqlarını və gələcəkdə hər zaman Somali-Azərbaycan münasibətlərinin inkişafı üçün çalışacaqlarını deyiblər.
Qənirə Paşayeva Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayılın Azərbaycan dilində söylədiyi və musiqi mədəniyyətimizin gözəl nümunələrindən olan "Əziz dost” əsərinin insanlar tərəfindən yüksək səviyyədə alqışlandığını vurğulayaraq bu əsəri yüksək səviyyədə təqdim etdikləri üçün onlara bir daha təşəkkür edib. Qənirə Paşayeva onları olimpiadada aldıqları gümüş medal münasibətilə də təbrik edib. Millət vəkili məktəblilərin Azərbaycan mahnı və şeirlərinə bu qədər sevgi ilə yanaşmalarına, öyrənmələrinə və ifa etmələrinə görə Somalidəki türk məktəblərinə və müəllimlərinə xüsusi təşəkkür edib və “Somali Nile Organization təşkilatına bizim təbrik və təşəkkürümüzü çatdırın” deyib. Məktəblilərin Somaliyə dəvət etmələrinə görə təşəkkür edən Qənirə Paşayeva imkan olduğu zaman Somalini təkrar ziyarət edəcəyindən məmnuniyyət duyacağını və hər kəsə onun salamlarını çatdırmağı deyib.
Somalili məktəblilər öz məktəbləri, onların müəllim və şagird heyəti adından Qənirə Paşayevaya Somali ilə bağlı xatirə hədiyyə ediblər.




Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu