Modern.az

AvroLiqanın 1/2 finalçıları məlum oldu - “Fənərbaxça" da yoluna davam edir

AvroLiqanın 1/2 finalçıları məlum oldu - “Fənərbaxça" da yoluna davam edir

12 Aprel 2013, 09:38



Ötən gecə UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Modern.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin maraqla izlədiyi oyunlardan biri İtaliyada yerli "Latsio" ilə Türkiyənin "Fənərbaxça" klubu arasında baş tutub. İlk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan "Latsio" oyunu azarkeşsiz, boş tribunalar önündə keçirib. Görüş 1:1 hesabı ilə başa çatıb və ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Fənərbaxça" yarımfinala çıxıb. 

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aşağıdakı nəticələrlə yekunlaşıb.

 “Rubin” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:2
“Bazel” (İsveçrə) – “Tottenhem” (İngiltərə) - 2:2 
Latsio” (İtaliya) – “Fənərbaxça” (Türkiyə) - 1:1 
“Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) - 1:1 

Beləliklə "Çelsi", "Fənərbaxça", "Bazel" və "Benfika" yarımfinalda mübarizəni davam etdirəcəklər.   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu