Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Bildirilib ki, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S. Ə. Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Modern.az