Modern.az

Əhməd Əhmədzadənin baş həkim işləyən qardaşı vəfat edib

Əhməd Əhmədzadənin baş həkim işləyən qardaşı vəfat edib

12 Aprel 2013, 11:58


Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş başında dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə dünən baş verib. Xəstəxananın baş həkimi Fərman Əhmədzadə iclasdan çıxarkən vəziyyəti qəfildən pisləşib və ürək tutmasından dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, F. Əhmədzadənin ürəyində əvvəllər də problemlər olub. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.

Qeyd edək ki, F. Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Ə. Əhmədzadənin digər qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu