Modern.az

Yenə yağış yağacaq - HAVA

Yenə yağış yağacaq - HAVA

12 Aprel 2013, 12:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 12-dən 13-ə keçən gecə Bakıda və Abşeron yarmadasında bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah yağış yağacağı gözlənilir. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi bildirilib. Şimal küləyi saniyədə 9-14 metr sürətlə əsəcək. Küləyin sürəti arabir 16 metrədək güclənəcək. Gecə 6-9, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 13-25 dərəcə isti olacağı gözlənilir. Temperatur bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu