PKK terror təşkilatının lideri Abdulla Öcalan həbsdən azad ediləcək. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyəndə tanınmış şəxslərdən olan professor Ümid Özdağ bildirib.
Abdulla Öcalanın azadlığa buraxılması istiqamətdində gizli danışıqların aparıldığını deyən professir PKK liderinin 2015-ci ildə sərbəst buraxılacağına söz verildiyini deyib.
“Hazırda bu istiqamətdə danışıqlar gedir. 2015-ci ildə Abdulla Öcalan həbsdən buraxılacaq. Belə vəziyyətdə Türkiyənin iki lideri olacaq. Ərdoğan və Öcalan”-deyə Ü.Özdaş bəyan edib.
Modern.az