Modern.az

Paşinyan Rusiya ilə vidalaşır, Qərbə yaxınlaşır - Ermənistan KİV-i

Paşinyan Rusiya ilə vidalaşır, Qərbə yaxınlaşır - Ermənistan KİV-i

6 Oktyabr 2022, 10:48

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan üz çevirərək tədricən Qərbə yaxınlaşdığı bildirilir.

Modern.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, Paşinyan bu günlərdə hökumətdəki yaxın çevrəsi ilə söhbətində bəzi tezislər təqdim edib. O bildirib ki, Rusiya Ermənistanın suverenliyini təhlükəyə atmaq istəyir.

“Ona görə də biz Rusiya ilə vidalaşıb Avropa və Amerikaya üz tutmalıyıq”, - Paşinyan komandasının üzvlərinə təlimat verib.

“Joğovurd”un bildirdiyinə görə, bu günlərdə hökumətdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasının səbəbləri də burdan qaynaqlanır.

“Paşinyanın anti-Rusiya təbliğatından sonra hakim “Mülki müqavilə” partiyasının üzvləri tədricən Rusiya ilə bütün əlaqələri qırıb, avropalılara və amerikalılara öz sevgilərini göstərməli olduqlarını gizlətmirlər”, - qəzetin şərhində qeyd edilib.


Bununla yanaşı, qəzet qeyd edir ki, hakimiyyət üzvləri özlərinə sadə bir sual vermir ki, hazırda Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiya Federasiyasının əlindədirsə və Rusiya sərhədçiləri Ermənistanın suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər?

“Təbii ki, dünyanın fövqəldövlətləri ilə balanslaşdırılmış siyasət aparmaq və öz maraqlarını qorumaq fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə ağıl və bacarıq lazımdır”, - deyə qəzet Paşinyan iqtidarını fərsizlikdə suçlayıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir