ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi ilə bağlı məsələlər son günlər gündəmdən düşmür. Azərbaycan rəsmilərinin dediyinə görə, statusun dəyişdirilməsinə bəzi ölkələr mənfi münasibət bəsləyir. Xarici işlər naziri Elmar Məmmədyarov bu cür addımların hətta şantaj xarakteri daşıdığını bildirib.
“Çünki ATƏT-ə üzv dövlətin öz hüququ var. ATƏT-ə hər bir üzv dövləti təşkilatın ölkəsindəki fəaliyyətinin statusu ilə bağlı qərar qəbul edir”.
Maraqlı cəhət ondan ibarətdir ki, “bəzi dövlətlər” ifadəsinin konkret hansı ölkəyə ünvanlandığı barədə dəqiq məlumat yoxdur.
Modern.az bununla bağlı ATƏT-in Bakı Ofisi ilə əlaqə saxlayaraq hansı dövlətlərin onları müdafiə etdiyi ilə məsələyə münasibət öyrənib.
Təşkilatın mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov
Modern.az-a bildirib ki, bu məsələ Azərbaycan tərəfindən daimi şuraya təqdim olunub.
“Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə məktubla müraciət edib. Bu məsələ ilə əlaqədar işçi qrupu çərçivəsində müzakirə aparılır. Ancaq biz bu məsələ barədə hər hansı şərh vermək istəmirik. Çünki müzakirələr hələ davam edir”.
Aqşin Kərimov