Modern.az

ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı

ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı

6 Oktyabr 2022, 12:40

Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

 

“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq", - deyə qurumdan bildirilib.

 

Xatırladaq ki, bu gün qatardakı sərnişinlərdən birinin səhhətində problem yaranıb. Buna səbəb kimi sıxlığın olması göstərilib.

 

Bakı Dəmiryolu Vağzalında toplaşan sərnişinlər qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər. Bildirilib ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi