Modern.az

“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA

“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA

6 Oktyabr 2022, 12:38

Xocəvəndin işğaldan azad olunmuş Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması dəhşətli hadisədir. 

 

Bunu Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamber deyib.

 

Fransalı deputat bildirib ki, kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərini göstərir:

 

"Naməlum qəbirlərin tapılması, oradakı mənzərə sadəcə dəhşətdir. Dünyanın bu bölgəsində son 30 ildə baş vermiş hadisələrin tarixi həqiqəti üzərində sülh bərqərar olmalıdır. Tarixi ədalət bərpa olmalı, dünya həqiqəti görməlidir. Ona görə də hər kəs sülh istəməlidir, başqa yol yoxdur. Ermənistan ordusunun işğalı zamanı öldürülən azərbaycanlıların son günlərdə aşkar edilmiş kütləvi məzarları nə qədər reallıqların gizlədildiyini sübut edir. On minlərlə insanın ölümünə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan dramatik faktlarla bağlı tarixi həqiqətləri hər kəs bilməlidir. Azərbaycanın bir çox itkin düşmüş mülki vətəndaş və əsgərlərindən hələ də məlumat yoxdur. Ümid edirik ki, dünya reallığı görəcək”.

 

Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir