Modern.az

Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək

Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək

Qərbi Azərbaycan

6 Oktyabr 2022, 13:48

Gələn ay Brüsseldə - Avropa İttifaqı Şurasının qərargahında Şarl Mişel-İlham Əliyev-Nikol Paşinyan görüşünün keçirilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, növbəti üçtərəfli görüş barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Praqadakı söhbəti əsnasında açıqlanıb.


Qeyd edək ki, Şarl Mişel və İlham Əliyev noyabrda keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyini də müzakirə ediblər.


Bugünkü görüşə gəldikdə, tərəflər Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!