Modern.az

Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir

Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir

6 Oktyabr 2022, 13:44

Heydər Əliyev Fondu Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyini 2022-ci ilin sentyabrından bərpa etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Milli Şəhərsalma Forumunda bildirib.

 

Onun sözlərinə görə, bərpa işlərində əsas məqsəd ev-müzeyinin tarixi görünüşünü qoruyub saxlamaqdır.

 

Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib. Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.

 

Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi