Modern.az

Suqovuşana turist səfərləri təşkil ediləcək

Suqovuşana turist səfərləri təşkil ediləcək

8 Oktyabr 2022, 10:39

Son 6 il ərzində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər aparılıb. 

 

Modern.az xəbər verir ki, bunu "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

 

Qurum rəhbəri bildirib ki, Naftalanda olan sanatoriya və hotel kateqoriyasına aid edilən 15-dək yerləşmə məkanı var. Onların da ümumi nömrə fondu 1800-ə yaxındır: 

 

"Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturu Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcək".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi