Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub.
Modern.az xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan- Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransda çıxış edən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.
O bildirib ki, Naftalan neftinin ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub. İlkin çıxarıla bilən ehtiyatlar 117 min tondur: "Hazırda qalıq balans ehtiyatı 1,109 milyon ton, qalıq çıxarılan bilən ehtiyat isə 61 min tondur. Burada quyuların sayı 94, istismarda olan quyuların sayı isə 32-dir".
SOCAR rəsmisi qeyd edib ki, şirkət Naftalan rayonunda yeni neft quyuları qazmağı planlaşdırır:
"Naftalan neftinin əhəmiyyətini nəzərə alaraq yatağın perspektivinin gücləndirilməsi üçün Prezidentin tapşırığı ilə şirkətimiz xüsusi proqram hazırlayıb. Həmin proqramla yeni quyuların qazılması nəzərdə tutulur. İlk belə quyunun 2023 cü ildə 3,5 min dərinlikdə qazılması nəzərdə tutulub".