Modern.az

Şarl Mişel Mərkəzi Asiyaya səfər edəcək

Şarl Mişel Mərkəzi Asiyaya səfər edəcək

Aktual

8 Oktyabr 2022, 17:28

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o tviterdə yazıb.

 

Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, orada prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

 

“Oktyabrın 28-də Özbəkistana səfər edəcəm və prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacam”, - Avropa İttifaqı Şurasının rəhbəri deyib.

 

Mişel qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu