Modern.az

Yanğında xəsarət alan 21 yaşlı oğlanın vəziyyəti ağırdır

Yanğında xəsarət alan 21 yaşlı oğlanın vəziyyəti ağırdır

Hadisə

9 Oktyabr 2022, 01:00

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası hadisə yerinə cəlb edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

 

Bildirilib ki, xəsarət alan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlunun bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir:

 

"Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU