Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verən yanğın artıq söndürülüb.
Modern.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov bildirib.
FHN rəsmisi qeyd edib ki, yanğın saat 23:12-də baş verib:
“Fövqəladə Hallar Nazirliyinin çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb".
O qeyd edib ki, yanğın nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
FHN rəsmisi hadisənin başvermə səbəbinin araşdırıldığını vurğulayıb.