Modern.az

Azyaşlı qəzada ağır yaralandı

Azyaşlı qəzada ağır yaralandı

9 Oktyabr 2022, 10:06

Mingəçevir şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın Report-a istinadən verdiyi xəbərə görə, iki avtomobilin toqquşması zamanı 2020-ci il təvəllüdlü Kərimov Elgün Ayaz oğlu xəsarət alıb.

 

Yaralı əvvəlcə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı E.Kərimova qapalı kəllə-beyin və müştərək travma diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...