Modern.az

Ərəb ölkəsi 4 milyardlıq qaz ixrac edəcək

Ərəb ölkəsi 4 milyardlıq qaz ixrac edəcək

9 Oktyabr 2022, 16:55

Birləşmiş Ərəb Əmirliklərinin Atom Enerjisi Korporasiyası (ENEC) “Bərəkə” AES-in 3-cü blokunun ölkənin elektrik şəbəkəsinə qoşulduğunu bildirib.

 

Modern.az bildirir ki, bu, ölkəyə elektrik enerjisi istehsalında istifadə edilən 4 milyard dollarlıq təbii qazı ixraca yönəltməyə imkan verəcək.

 

Bildirilib ki, "Bərəkə" AES cəmi 4 blokdan ibarətdir və 3-cü blok milli şəbəkəyə daha 1400 meqavat sıfır karbon emissiyalı elektrik enerjisi gücü əlavə edəcək. Artıq hər üç blok kommersiya fəaliyyətindədir və ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi